- Baxış sayı: 17
- 05 May 2026 21:09
- Baxış sayı: 123
- May 04, 2026
- 0
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasında növbəti oyunları izləyəcək. Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis sabah Sumqayıta yollanacaq.
O, saat 10:00-da Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə “Sumqayıt” klubunun U-17 komandası arasındakı yoxlama oyununu izləyəcək. Daha sonra 45 yaşlı çalışdırıcı Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində saat 14:00-da Biləcəridə “Bakı” və AZAL komandaları arasında baş tutacaq paytaxt derbisinə tamaşa edəcək.