- Baxış sayı: 33
- 23 Aprel 2025 22:37
- Baxış sayı: 65
- Aprel 23, 2025
- 0
Premyer liqada yaranmış fasilədən istifadə edən “Neftçi” təlim-məşqə başlayıb. Allsport.az saytı xəbər verir ki, Qəbələdə təşkil olunan toplanış sentyabrın 9-dək davam edəcək.
“Ağ-qaralar” “Gabala Garden Hotel”də məskunlaşıb. Hazırlıqda milli komandalara dəvət olunmuş futbolçular, eləcə də bərpanı davam etdirən Emil Balayev və Eddi İsrafilov, həmçinin fərdi məşğul olan Ömər Buludovdan başqa, bütün oyunçular iştirak edəcəklər.
Flaqman növbəti matçını sentyabrın 16-sı saat 18:00-da “Dalğa arena”da “Araz-Naxçıvan”a qarşı keçirəcək. Komanda 5 turdan sonra 8 xalla turnir cədvəlində 3-cü yerdədir.