“Qəbələ” futbol akademiyasına seçilmək istəyirsiniz?

“Qəbələ” futbol akademiyası aşağı yaş qruplarına qış seçimləri elan edir. Allsport.az saytı xəbər verir ki, seçimlər şəhər stadionunda gələn ilin yanvarın 12-də 2002-2010-cu il təvəllüdlü futbolçular arasında keçiriləcək. İştirak etmək istəyənlər qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.

Tel: 050 290 00 63, 055 511 39 65 
Email: recruitment@gabalafc.az  
Seçim tarixi: Qəbələ şəhər stadionu 

12 yanvar – 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009, 2010-cu il təvəllüdlü futbolçular 
Seçimlər saat 10:00-da başlayacaq. Xatırladaq ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər. 
Əgər sən də özündə futbolçu istedadı hiss edirsənsə, seçimlərə qatıl. Qələbəyə “Qəbələ” ilə addımla!!!

Həmin kateqoriyadan