“Qəbələ” Gürcüstandan qalib dönüb

“Qəbələ” futbol akademiyasının U-15 və U-13 komandaları Tiflis “Dinamo”su ilə yoldaşlıq görüşlərini başa vurub və Vətənə qayıdıb.

Allsport.az saytı xəbər verir ki, ilk matçda 1:2 hesabı ilə məğlub olan U-15, cavab oyununda 2:0 qalib gəlib. Fərid Kələntərov və Sərxan Mirzəzadə rəqib qapısına yol tapıblar.

U-13 də eyni hesabla qalib gəlib. Qollara Cuma Hüseynov və Həsən Nəzərli imza atıblar. Komanda əvvəlki oyunda da “Dinamo”nu məğlub etmişdi – 3:2.

Qeyd edək ki, “Qəbələ” və “Dinamo” arasındakı qarşılıqlı razılığa əsasən, mövsümdə bir dəfə hər klub digərinin 2 komandasını bazasında qonaq edir və müştərək toplanış keçir.

Həmin kateqoriyadan