- Baxış sayı: 10
- 22 İyun 2026 04:04
- Baxış sayı: 25
- İyun 22, 2026
- 0

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Allsport.az saytı xəbər verir ki, qanalı mərkəz müdafiəçisi İsaak Amoah ilə 1+1 illik müqavilə imzalanıb.
24 yaşlı futbolçunun son klubu ötən mövsümün 2-ci yarısında İspaniyanın 3-cü liqa təmsilçisi “Atletiko Sanlukenyo” olub.
O, İspaniyada “Valyadolid”in U-19 və əvəzedici komandaları, həmçinin “Algesiras”, “Tarazona”, Polşada “Poqon Siedlse” klublarında da çıxış edib.