- Baxış sayı: 24
- 16 Sentyabr 2026 12:10
- Baxış sayı: 260
- Sentyabr 15, 2026
- 0

“Qəbələ” yeni baş məşqçisinin adını açıqlayıb.
Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” şimali makedoniyalı Yeton Bekiri ilə “1+2” illik müqavilə bağlayıb.
44 yaşlı mütəxəssis son olaraq ölkəsində “Şkendiya” klubuna rəhbərlik edib.
O, müxtəlif illərdə “Drita”, “Qostivar”, “Renova”, “Struqa” (hamısı Şimali Makedoniya) və “Bilis” (Albaniya) klublarının baş məşqçisi, “Əl-Cabalayn”ın (Səudiyyə Ərəbistanı) isə idman direktoru işləyib.
Y.Bekiri 2024/2025 mövsümündə “Şkendiya” ilə Şimali Makedoniya çempionu olub. O, “Qəbələ”də sentyabrın 20-dən fəaliyyətə başlayacaq.