“Qəbələ”dən 9 qələbə

“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçirib. Allsport.az saytı xəbər verir ki, AFFA-nın təşkil etdiyi liqalarda qüvvəsini sınayan “Qəbələ” təmsilçiləri 10 matçda 9 qələbə qazanıb.

U-17 öz meydanında “Xəzər Lənkəran”a 5:0 hesabı ilə qalib gəlib. 4 matçda 7 xal toplayan “qırmızı-qaralar” 7-ci pillədə qərarlaşıb.

U-16 səfərdə “Səbail”i məğlub edib – 5:1. 7 oyunda 16 xal toplayan komanda 4-cü yerdədir.

Səfərdə “Neftçi” İK İB-ə 4:0 hesabı ilə qalib gələn U-15 7 oyundan sonra xal hesabını 19-a çatdırıb. “Qəbələ” yarışın lideridi.

U-14 və U-13 Liqalarında paytaxt zonasında növbəti matçlar baş tutub. “Sumqayıt”la qarşılaşan U-14 böyükhesablı qələbə qazanıb – 8:1. 6 matçda 13 xal yığan “qırmızı-qaralar” turnir cədvəlində 5-cidi. U-13 isə “Sabah”a uduzub – 0:2. 7 oyunda hesabına 9 xal yazan “Qəbələ” 10-cudur.

U-12, U-11 və U-10 komandaları isə Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında qüvvəsini sınayıb. U-12 Liqada UGİM “Qəbələ” UGİM-ə (Ağdaş) 10:0, “Qəbələ” isə UGİM-ə (Yevlax) 6:1 hesabı ilə qalib gəlib. 8 oyunda qələbələri sıralayan “qırmızı-qaralar” 24 xalla 1-cidisə, “Qəbələ”nin digər komandası isə 14 xalla 3-cüdü. İtkisiz irəliləyən U-11 7-ci qələbəsini “Rabitəçi” (Yevlax) üzərində qazanıb – 9:1. UGİM-lə (Yevlax) üz-üzə gələn “Qəbələ”nin U-10 komandası 12:1, UGIM “Rabitəçi”ylə (Yevlax) qarşılaşan UGİM “Qəbələ” 9:1 hesabı ilə qələbə əldə edib. 8 oyunda 24 xal toplayan “Qəbələ” 1-ci, 6 matçda 6 xal yığan UGİM “Qəbələ” 5-cidir.

Həmin kateqoriyadan