- Baxış sayı: 30
- 24 Sentyabr 2026 23:55
- Baxış sayı: 61
- Sentyabr 24, 2026
- 0

Almaniya kubokunda 2-ci təsnifat mərhələsinin oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan “Maynts” səfərdə aşağı liqa təmsilçisi “Qroyter Fyurt”la qarşılaşıb. “Karnavalçılar” bu oyunda 1:2 hesabıyla uduzublar. Nəticədə, qonaqlar ölkə kuboku ilə erkən vidalaşıblar.