- Baxış sayı: 133
- 08 May 2026 23:17
- Baxış sayı: 173
- May 08, 2026
- 0

Rusiyanın “Krasnodar” klubunun yarımmüdafiəçisi Odil Axmedov Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, Bakıda qazandıqları 3:0 hesablı qələbədən sonra bunları söyləyib:
“Biz doğrudan da qrup birinci olmağı çox istəyirdik. Bu üzdən fasiləyə başqa nəticə ilə yollanmağı düşünmürdük də. İli major notlarla başa vurmaq bizim üçün vacib idi. Fikrimcə, bu, mövsümün davamında bizə çox kömək edəcək. Niyə biz “Qəbələ”yə qarşı ilk oyunda yox, səfər matçında böyük hesabla qalib gəldik? Krasnodardakı matçda formada deyildik. Amma indi çox yaxşı vəziyyətdəyik. Bakıda oynamaq bizə asan oldu”.