“Qalatasaray” Ağgünlə bağlı qərarını verdi

“Qalatasaray” yarımmüdafiəçisi Yunus Ağgünlə yeni müqavilə ilə bağlı razılığa gəlib.
Allsport.az xəbər verir ki, “Cim-Bom” 24 yaşlı cinah oyunçusu ilə 2030-cu ilin yayına qədər qüvvədə olan sözləşmə bağlayacaq.
Ağgünün illik məvacibi 2,3 milyon avro təşkil edəcək.
Yunus Ağgün cari mövsüm ərzində meydana çıxdığı 44 oyunda 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan