- Baxış sayı: 35
- 29 Aprel 2026 14:39
- Baxış sayı: 33
- Aprel 29, 2026
- 0

Gənclər və idman nazirliyi “İdman həftəsi” çərçivəsində martın 6-da “Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyası keçirib.
Allsport.az xəbər verir ki, milli idman tibb və reabilitasiya elmi-praktiki institutunda baş tutan aksiyada gənclər və idman nazirliyinin kollektivi, idmançılar, məşqçilər, tələbələr iştirak ediblər. Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib.