“Finalda erkən qalib gəlmək istəyirdim”

Tiranada keçirilən Avropa çempionatında sərbəst güləşçilərimiz meydan sulayır.  Allsport.az saytı xəbər verir ki, bu gün ilk qızıl medal olimpiya çəkisində İslam Bazarqanovdan (57 kq) gəldi. Sabah daha 4 final yaşanacaq. Mükafatlandırmadan sonra o, Albaniya paytaxtına səfər edən azərbaycanlı idman yazarlarına qitədə ilk böyük uğurunun sevincini bölüşdü:

“Hamıya təşəkkür edirəm. Hələ inanmağım gəlmir. Sözlə ifadə ediləsi deyil. Çox ağır və prinsipal tutaşma idi. Ötən il dünya çempionatında uyğun olmayan vəziyyətdə uduzdum. Toparlanmaq asan deyildi. Allaha çox şükür, sonda sevinən tərəf oldum.

Finalda erkən qalib gəlmək istəyirdim. Bu üzdən, var gücümü ortaya qoydum. 8:0 irəlidəydim. 2 xalım qalmışdı. Ola bilsin, çox tələsdim və tez dayandım. Növbəti yarıda rəqib var qüvvəsi ilə irəli atıldı. Belə durumda boşalmaq olmaz. Görüşün təkrarına baxacağam”.

Kamran HACI, Tirana

Həmin kateqoriyadan