“Qarabağ” – PAOK oyunu israilli Alon Yefetə həvalə edilib

Avropa Liqasının qrup mərhələsində “Qarabağ” və PAOK klubları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, UEFA bu görüşü israildən olan referilərə tapşırıb.

Qarşılaşmanın baş fit sahibi Alon Yefet olacaq. Ona yan xətt hakimləri Danni Krasikov, Nissan Davidi, eləcə də qapı arxasında dayanacaq Roy Reynşyeyberlə Ziv Adler kömək edəcəklər. Dördüncü ədalət təmsilçisi funksiyasını isə Kirill Balikin yerinə yetirəcək.

“Qarabağ” – PAOK (Yunanıstan) matçı oktyabrın 20-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Həmin kateqoriyadan