- Baxış sayı: 45
- 04 Noyabr 2026 22:52
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Qarabağ” növbəti keçidi rəsmiləşdirib. Allsport.az saytı xəbər verir ki, İsveçin “Yurqorden” klubu ilə danışıqlar müsbət nəticələnib və Zəkəriyə Savo “Qarabağ”a keçib.
26 yaşlı Qambiya əsilli isveçli hücumçu ilə 3 illik müqavilə imzalanıb. 2025-ci ildən “Yurqorden”də çıxış edən forvard 2026-cı ildə icarə əsasında Kipr təmsilçisi AEL-də forma geyinib; karyerası ərzində İsveçdə “Olimpik”, “Rosenqard”, “Oskarşamns AIK”, Norveçdə “Start”, Kiprdə “Aris”də çıxış edib.
O, yay transfer pəncərəsində komandamıza qoşulan 2-ci futbolçudur. Onadək Jali Mauddibin keçidi rəsmiləşmişdi.