- Baxış sayı: 27
- 07 May 2026 13:09
- Baxış sayı: 72
- May 06, 2026
- 0

“Qarabağ”ın əməkdaşı – əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev nüfuzlu “Johan Cruyff” institutunun diplomunu alıb.
Allsport.az xəbər verir ki, o, idman menecmenti proqramını tamamlayaraq magistr diplomuna sahib çıxıb.
2024-cü ilin martında başlayan 14 moduldan ibarət onlayn tədris dönəminin yekununda fərqlənənlər Barselona şəhərində yerləşən institutda diplomla təltif olunublar.