“Qarabağ”ın başqanı: Dövlət torpaq ayırsın, günü sabah futbol akademiyasının tikintisinə başlayaq

Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın prezidenti Tahir Gözəl jurnalistlərlə görüşdə futbol məktəbi ilə bağlı planları açıqladı. Sitat: 

“Tezliklə böyük akademiya layihəsinin icrasına başlanacaq. “Qarabağ” adına layiq, heç bir qüsuru olmayan, yüksək səviyyəli futbolçuların yetişəcəyi akademiya açılacaq. Akademiyanın inkişafında baş məşqçi Qurban Qurbanovun bizim yanımızda olması lazımdır. İşə münasibəti, yanımızda olması vacibdir.

Akademiyanın durumundan narazıyıq, lakin yüksək səviyyəli akademiyanın qurulması üçün bizim böyük torpaq sahəmiz olmalıdır. İstəyirik ki, akademiyada hər cür şərait yaradaq, 4-5 məşq meydançamız olsun, ən istedadlı futbolçuları yetişdirə bilək. Biz dövlətdən torpaq sahəsi istəyirik.

Qaraçuxurda belə bir torpaq sahəsinə baxmışıq, amma oranın ixtiyarımıza verilməsi lazımdır. Aftandil Hacıyevin “Qarabağ” akademiyasını koordinatoru vəzifəsinə təyinatından sonra irəliyə doğru inkişaf hiss olunur. Amma bu, tam bizim istədiyimiz səviyyədə deyil. Ona lazımi şəraiti yaratmalıyıq”.

Həmin kateqoriyadan