“Qarabağ”ın direktoru futbol akademiyasının heyəti ilə görüşüb

Bu gün “Qarabağ”ın bazasında futbol akademiyasının üzvləri ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, klubun direktoru Əmrah Çəlikəlin rəhbərliyi ilə baş tutan tədbirdə məşqçi, texniki-inzibati heyəti ilə fikir mübadiləsi aparılıb.

Akademiyanın hazırkı durumu ilə bağlı danışan Əmrah bəy, əsas məqsədin Azərbaycan futboluna yeni oyunçular bəxş etmək və müvafiq yaş qruplarına üzrə milli komandalara çox sayda futbolçu vermək olduğunu bildirib. Aşağı yaş qrupları üzrə komandaların vəziyyəti müzakirə olunub və mövcud problemləri müəyyənləşdirilib.

Sonda Əmrah Çəlikəl məşqçilərin fikirlərini dinləyib və onların suallarını cavablandırıb.

Həmin kateqoriyadan