“Qarabağ”ın idarə heyəti toplaşdı: Arxadağı tarixin yaddaşına köçür, durum ürəkaçan deyil

Allsport.az saytı xəbər verir ki, toplantıda klub prezidenti Tahir Gözəl, vitse-prezident Fəvzixan Aras, baş direktor Əmrah Çəlikəl, idarə heyətinin üzvü Asif Əsgərov və komandanın baş məşqçisi Qurban Qurbanov iştirak ediblər.

Görüş zamanı cari mövsümün gedişatı ətraflı şəkildə təhlil olunub, komandanın çıxışı, əldə edilən nəticələr və qarşıdakı oyunlarla bağlı hədəflər müzakirə edilib. Klubun idman nəticələri ilə yanaşı, təşkilati və idarəetmə məsələləri üzrə də geniş fikir mübadiləsi aparılıb.

Yığıncaqda, növbəti mövsümün planlaşdırılması əsas müzakirə mövzularından biri olub. Komandanın heyətinin gücləndirilməsi, infrastruktur layihələri, akademiyanın inkişafı və beynəlxalq arenada daha uğurlu çıxış üçün strateji istiqamətlər nəzərdən keçirilib.

İdarə heyəti qarşıdakı dövrdə klubun dayanıqlı inkişafının təmin olunması, azarkeş məmnuniyyətinin artırılması və “Qarabağ” futbol klubunun həm ölkədaxili, həm də beynəlxalq yarışlarda uğurlarının davamlılığının təmin olunmasını əsas kimi müəyyən edib.

Hazırda klubda durumda o qədər də ürəkaçan deyil. “Kəhər atlar” uzun müddətdir əldə etdiyi öndərliyi əldən vermək üzrədir. Sözdə Ağdamı təmsil edən klub son dövrdə “Sabah”la bacarmır. Üstəlik, bu rəqabətdə ondan 7 xal geri qalır. Çempionluğun itirilməsi Avropaya yolu uzatmaqla yanaşı, UEFA-dan gələn böyük vəsaitin itirilməsi və şan-şöhrətin azalması deməkdir.

Ölkə futbolunun bayraqdarı “Neftçi” də toparlanmaqdadır. “Qarabağ”, məhs PFL-də dostlarının köməkliyi ilə zamanında ən təhlükəli rəqibini ortadan qaldıraraq özünə yol açıb. İndi “ağ-qaralar”ın kölgəsindən belə ehtiyatlanmağa başlayıb.

“Turan”, “Zirə” və “Araz-Naxçıvan”da yüksək yerlərə iddialıdırlar. Bu səbəbdən, “Qarabağ”ın işi çətindir, vəziyyət əvvəlki deyil. Uzun illər arxadağı olan PFL də son aylarını yaşayır. Ölkə çempionatlarının təşkilatçısını öz binasından qovan AFFA, yeni mövsümdə bu işi öz nəzdində olan departamentlərin birinə həvalə edəcək, ya da həmin məsələ ilə əlaqədar yeni departament yaradacaq.

Həmin kateqoriyadan