- Baxış sayı: 30
- 24 Sentyabr 2026 23:55
- Baxış sayı: 61
- Sentyabr 24, 2026
- 0

Çex Respublikasının 1-ci liqasında 10-cu turun matçları keçirilib. Allsport.az saytı xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Slovan” səfərdə “Dukla” ilə qarşılaşıb.
Libereç təmsilçisi bu görüşdən heç-heçə ilə ayrılıb – 0:0. Bir oyunu təxirə salınmış “Slovan” hazırda 9 xalla 16 klub arasında 14-cü sıradadır.