“Qırmızı qurdlar” evdə sevindi, “Maşinsazi” səfərdə heç-heçə etdi

İran premyer-liqasında 20-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Güney Azərbaycanın “Traktorsazi” klubu evdə “Sepaxan”a 2:0 qalib gəlib.

Təbrizin digər təmsilçisi “Maşinsazi” səfərdə “Zobahan”la qolsuz heç-heçə edib. “Qırmızı qurdlar” 16 iştirakçı arasında 37 xalla 5-ci, “taşıl maşin” 22 xalla 8-cidir.

Həmin kateqoriyadan