- Baxış sayı: 22
- 04 Noyabr 2026 19:49
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Mark Skinnerlə yolları ayıran “Mançester Yunayted” qadın futbol komandasında boş qalan baş məşqçi postunu Eva Olidə həvalə edib.
Allsport.az xəbər verir ki, 40 yaşlı ispaniyalı mütəxəssis “qırmızı şeytanlar”la 2+1 illik müqavilə imzalayıb.
Son 5 mövsümü Şotlandiyanın “Harts” klubunda keçirən Olid ötən mövsüm komandasına tarixində ilk dəfə ölkə çempionatının qalibi olub. O həmçinin, 2024-cü ildə komandasını Şotlandiya kubokunun finalına yüksəltməklə klub tarixində uğura imza atmışdı.
Eva Olidin “Mançester Yunayted”in sükanı arxasında ilk rəsmi sınağı sentyabrın 4-də, qadınlar super liqasında “London Siti Layones”ə qarşı baş tutacaq.