- Baxış sayı: 25
- 15 Sentyabr 2026 11:35
- Baxış sayı: 202
- Sentyabr 13, 2026
- 0

“Şəfa” premyer liqanın V turunda öz meydanında “Sabah”a 0:3 hesabı ilə məğlub olub.
Allsport.az xəbər verir ki, mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Zaur Həşimov bunu deyib:
“Düşünürəm ki, baxımlı oyun oldu və azarkeşlər matçdan həzz ala bildilər. 26-cı dəqiqəyə — qol buraxanadək komandamın oyunundan razı idim. Əlbəttə, rəqibin də gücünü nəzərə almaq lazımdır. Çox yaxşı komandaya qarşı mübarizə apardıq — cəmi 3-4 gün əvvəl Mançesterdə matça çıxmış bir kollektivdən söhbət gedir. Buna baxmayaraq, onlara qarşı layiqincə mübarizə apardığımızı düşünürəm. Yalnız buraxdığımız qollar məni narahat edir. Ümumilikdə isə futbolçulardan narazı qalmadım, hətta razı da qaldım. Düşünürəm ki, “Şəfa” öz oyunu ilə bu çempionata xüsusi rəng qata bilib. Gələcəkdə daha yaxşı futbol nümayiş etdirəcəyimizə inanıram”.