- Baxış sayı: 112
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 212
- Avqust 05, 2026
- 0
Futbol üzrə Portuqaliya çempionatının 2-ci Liqasında (Sequnda Liqa) 17-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası “Atletiko” doğma meydanda “Oriental”la üz-üzə gəlib.
Oyun həmyerlimizin komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Ötən turda oynamayan Quluzadə bu dəfə də meydana çıxmayıb.
Qeyd edək ki, hazırda “Atletiko” 19 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.