- Baxış sayı: 27
- 07 May 2026 13:09
- Baxış sayı: 72
- May 06, 2026
- 0
Topaz Premyer Liqasının VI turunun son oyununda “Qarabağ” evdə“Simurq”u 1-0 hesabı ilə məğlub etdi. Allsport.az saytı xəbər verir ki, matçdan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov öz fikrini bildirib:
“Maraqlı oyun alındı. Vacib 3 xalı qazandıq. “Simurq” bizim üçün çətin rəqibdir. Ötən mövsüm“Simurq”a məğlubiyyətlərimiz olmuşdu. Ona görə də vacib xallar qazandığımızı düşünürəm.
Futbolçulara təşəkkür edirəm, sona qədər bir-birini sığortalayıb, qələbəni təmin etdilər. Düşünürəm ki, bir neçə gün istirahət edib, komandanı növbəti oyunlara hazırlaya bilərik”.