- Baxış sayı: 45
- 04 Noyabr 2026 22:52
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Avropa Liqasında «Qarabağ»ın rəqibi olan «İnter» sükançı dəyişikliyinin ardınca, oyukn yeniliyinə də uğrayacaq.
«Allsport.az» italiyanın «Tuttosport» nəşrinə istinadən bildirir ki, yeni baş məşqçi Roberto Mançini tezliklə klubu yeni taktiki sxemlə meydana çıxarmağa cəhd göstərəcək.
3-5-2-yə üstünlük verən Matsaridən fərqli olaraq, 4-2-3-1 sxemini sınayacaq Mançininin istədiyini qurmaq üçün yanvar ayını gözləmək məcburiyyətində qalacağı da güman olunur. Çünki bunun üçün onun yeni futbolçulara ehtiyacı var.
Lakin yanvar ayında da niyyətinə tam yetişə bilməyəcək. Çünki mütəxəssisin istədiyi futbolçuların yalnız yay transfer dövründə alınması mümkündür.