- Baxış sayı: 67
- 13 Sentyabr 2026 23:54
- Baxış sayı: 116
- Sentyabr 13, 2026
- 0

“Qəbələ” premyer liqanın V turunda səfərdə “Kəpəz”ə 0:1 uduzub. Allsport.az xəbər verir ki, mətbuat konfransında qonaqların məşqçisi Amil Ağacanov bunu deyib:
“Stadionda çox möhtəşəm ab-hava var idi. Belə stadionlar, belə azarkeşlərlə Azərbaycan futbolu inkişaf edəcək.
Oyuna gəlincə, ikinci hissədə daha yaxşı təsir bağışladıq. İkinci yarıda ilk hissə ilə müqayisədə daha çox topa nəzarət etdik. Birinci hissədə top itkilərimiz çox oldu. Bu gün bizdə aqressiya yox idi.
Ola bilər ki, individual olaraq hansısa futbolçu güclü olsun, amma istək və xarakter olmasa, çox çətin olacaq. Bu gün rəqib bizdən daha istəkli idi və qələbə qazandı”.