- Baxış sayı: 67
- 13 Sentyabr 2026 23:54
- Baxış sayı: 116
- Sentyabr 13, 2026
- 0

“Araz-Naxçıvan” premyer liqanın V turunda öz meydanında “Turan Tovuz”la 2:2 hesablı heç-heçə edib.
Allsport.az xəbər verir ki, mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Zaur İsmayılov bunu deyib:
“Çox gərgin oyun keçdi. Baxmayaraq ki, hesabda öndə idik, ikinci hissədə yenə də kobud və eyni, fərdi səhvlərdən qol buraxdıq. Bilirdik ki, rəqib standart vəziyyətlərdə güclüdür. Amma standart vəziyyətlərdən yox, kobud səhvlərimizdən qollar gördük. Bir növ özümüz özümüzə rəqibik. Oyunun sonunda təzyiqi artırdıq, rəqibi səhv etməyə məcbur etdik. Sonda da heç-heçəyə nail olduq”.