- Baxış sayı: 50
- 22 İyun 2026 04:04
- Baxış sayı: 35
- İyun 22, 2026
- 0

Riçard Almeyda Azərbaycan çempionatlarında 50-ci qolunu vurub. Allsport.az saytı xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin yubiley topu ilk tura təsadüf edib.
O, “Araz-Naxçıvan”la səfər oyununda (4:1) vurduğu qolla “100”ü yarılayıb. Buna premyer liqada 268-ci matçında nail olub. Yarımmüdafiəçi Azərbaycan çempionatları tarixinə ən azı 50 qol vuran 40-cı futbolçu kimi düşüb.
2012/13 mövsümündən Azərbaycanda çıxış edən braziliyalı legionçu ilk qolunu da həmin çempionatda vurub. Yalnız “Qarabağ”ın heyətində rəqib qapısına yol tapan yarımmüdafiəçi “Zirə”də də oynayıb.