«Rubin»in baş məşqçisi: Ruslan Abuşov asta futbolda yaxşıdır

Rinat Bilyaləddiniov «Zenit»in azərbaycanlı futbolçusunu da istəyir

«Rubin» klubunun baş məşqçisi Rinat Bilyaləddiniov milli komandamızın futbolçusu Ruslan Abışov barəsində fikirini championat.com-a açıqlayıb. Allsport.az saytı xəbər verir ki, rusiyalı yazarla söhbətdə, o, yarımmüdafiəçimizin Tatarıstan klubunda çıxış etdiyi zaman, ona qarşı heç bir ikili münasibət bəsləmədiyini deyib:

«Abuşov – yenilməz, ağıllı futbolçudur. Topu yaxşı qəbul edir, onu səliqəli şəkildə bir cinahdan digərinə ötürə bilir. Amma Ruslan asta futbolda yaxşıdır. Nə vaxt ki, temp artır, sürətli oynamaqda çətinlik çəkir. Əslində,

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqtsla şəxsi söhbətdə, o da fikrimi təsdiqləyib. Obyektiv götürsək, Abışovda çəkmir. Belədə, yaxşı azərbaycanlı futbolçu olsa, məmnuniyyətlə onu «Rubin»ə götürərəm. Eləcə də, «Zenit»dən Şeydayevi. Amma kim onu buraxar…»

Həmin kateqoriyadan