Rüfət Dadaşov hesabı bərabərləşdirsə də…

Almaniyanın Şimal-Şərq Regional Liqasında mövsümün sonuncu – 34-cü turunun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin keçmiş hücumçusu Rüfət Dadaşovun oynadığı “Germaniya Halberştadt” klubu səfərdə “Karl Zeyss” ilə qarşılaşıb.

Matç qonaqların məğlubiyyəti ilə başa çatıb – 2:5. Həmvətənimiz bu görüşdə 90 dəqiqə meydanda olub. O, 73-cü dəqiqədə hesab 1:1 olarkən qol da vurub və komandasını hesabda önə keçirib.

Amma 77, 79, 88 və 90-cı dəqiqələrdə 4 qol buraxan futbolçumuzun klubu mövsümü belə acı məğlubiyyətlə başa vurmalı olub. Rüfət Dadaşovun komandası mövsümü 23 xalla 18 klub arasında 17-ci pillədə başa vurub.

Həmin kateqoriyadan