- Baxış sayı: 39
- 10 Sentyabr 2026 11:52
- Baxış sayı: 360
- Sentyabr 08, 2026
- 0

“Mançester Siti”nin yarımmüdafiəçisi Ticani Reynders karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Allsport.az xəbər verir ki, Niderland millisinin 28 yaşlı üzvü “Əl-Qadisiyyə” klubuna keçib.
“Şəhərlilər” bu transferdən 61 milyon avro qazanacaq.
Reynders “Milan”dan “Mançester Siti”yə keçdikdən sonra İngiltərə klubunda bir mövsüm keçirib. O, Premyer Liqada 28 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb, 2 dəfə sarı vərəqə alıb.