Şəhid övladı ilə görüş

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Masallı rayonuna səfəri zamanı olimpiya idman kompleksində aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb. 

Allsport.az saytı əbər verir ki, məşqçilər tədbirdə iştirak edən “Qala 95” komandasının üzvü Ayxan Əzizovun şəhid övladı olduğu barədə məlumat veriblər. İcraçı vitse-prezident Ayxan Əzizovla görüşüb, ona futbol karyerasında uğurlar arzulayıb, peşəkar futbolçu olmaq istəyərsə, AFFA-nın dəstəyinə əmin ola biləcəyini deyib.

Ayxan Əzizov 2-ci Qarabağ müharibəsində Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə həlak olmuş, ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş gizir, tank komandiri Elvin Əzizovun övladıdır.

Həmin kateqoriyadan