- Baxış sayı: 42
- 07 May 2026 15:00
- Baxış sayı: 205
- May 07, 2026
- 0

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan premyer liqasının XXXI turunda səfərdə “Şamaxı”ya 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, o, matçı dəyərləndirib:
“Oyuna itkilərlə gəlmişdik. Cəzalı və zədəlilərimiz var. Ona görə meydançada rotasiyalar çox oldu. Amma bununla belə lazımi dəyişikliklər edə bilmədik. Rəqib səhvimizdən istifadə edərək hesabda önə keçdi. Fürsətlərimiz olsa da, dəyərləndirə bilmədik. İrəliyə baxmaq lazımdır. Çox çalışmaq mütləqdir. Əgər ayaqlaşmaq istəyiriksə, çox çalışmaq vacibdir. Heyfislənmək bizə bir şey verməyəcək. Səhvlərdən nəticə çıxarmaq lazımdır. Önəmlisi olan budur”.