“Sabah”da futbolçu seçimi

“Sabah” futbol akademiyasına qəbul üçün seçimlər elan edir. Allsport.az saytı xəbər verir ki, paytaxt klubunun sıralarına qoşulmaq istəyən uşaqlar seleksiya məşqlərinə qatıla bilərlər. “Vətən” Futbol Məktəbində (ünvan: Səttar Bəhlulzadə küçəsi 105) baş tutacaq məşqlər iyunun 1-də, aşağıda göstərilən saatlarda olacaq:

2011, 2012, 2013-cü il təvəllüdlü uşaqlar üçün: saat 09:00-10:00
2009-2010-cu il təvəllüdlü uşaqlar üçün: saat 10:00-11:00
2007-2008-ci il təvəllüdlü uşaqlar üçün: saat 11:00-12:00

Seçimlərdə iştirak edəcək uşaqlar özləri ilə şəxsiyyəti təsdiq edən sənədi gətirməyi unutmasınlar.

Əlavə məlumat üçün (070) 355 44 55 və (012) 499 85 66 nömrələri ilə əlaqə saxlaya bilərsiz. Digər yaş qruplarına seçimlər barədə qarşıdakı günlərdə məlumat veriləcək.

Həmin kateqoriyadan