- Baxış sayı: 36
- 25 Aprel 2024 21:35
- Baxış sayı: 45
- Aprel 23, 2024
- 0
“Sabah” klubunun akademiyası könüllülər üçün məşqçi köməkçisi, fiziki məşqçi, analitik məşqçi və tərcüməçi vəzifələri üzrə təcrübə proqramı ilə bağlı seçimlərə başlayır. Allsport.az saytı xəbər verir ki, burda iştirak etməklə, dünyanın ən məşhur futbol akademiyalarından olan Zaqreb “Dinamo”sunun metodologiyasına yiyələnə, peşəkar futbol mütəxəssisi olmaq olar.
Təcrübə proqramının müddəti 2 ildir. Layihəyə 18-28 yaşlı gənclər müraciət edə bilər. Namizədlərin ingilis dili biliyinin olması vacibdir. Təcrübə proqramı könüllülük əsasında həyata keçiriləcək. Nəqliyyat xərcləri akademiya tərəfindən qarşılanacaq.