- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“Sabah” yarımmüdafiəçi Ömərəli Rəhmanəliyevin transfer hüququna yiyələnib.
Allsport.az xəbər verir ki, Özbəkistan yığmasının üzvünün icarəsi ilə bağlı Rusiyanın “Rubin” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.
Ömərəli ilə yeni 3 illik müqavilə imzalanıb.
22 yaşlı futbolçu 2025-ci ilin yanvarından “Sabah”ın üzvüdür. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib və 3 qola imza atıb.