- Baxış sayı: 45
- 04 Noyabr 2026 22:52
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Tiflisdə “Bendela Cup”da çıxış edən “Sabah”ın U-12 komandası yarımfinala vəsiqə qazanıb.
Allsport.az saytı xəbər verir ki, təmsilçimiz qrup mərhələsində yerli “Dinamo” (Diqomi, 12:0), “Rustavi” (1:2) və “Dinamo” (Batumi, 6:0) komandaları ilə qarşılaşıb.
1/4 finalda Gürcüstanın “Qori” komandasını üstələyən (4:2) “göy-ağlar” yarımfinala adlayıb. “Sabah” bu mərhələdə “Rustavi” ilə qarşılaşacaq.