“Sabah”ın baş məşqçisi Madriddə diplomla ödülləndirilib

İspaniyanın paytaxtında “Dostluq üçün futbol” sosial layihəsində iştirak edən “Sabah”ın U-12 komandasının baş məşqçisi Samir Əbdürəhmanov sertifikata layiq görülüb. Allsport.az saytı xəbər verir ki, “Dostluq üçün futbol beynəlxalq məşqçilər akademiyası”nın təlimlərində fəal iştirak edən həmyerlimiz xüsusi diplomla ödülləndirilib.

Dünyanın müxtəlif ölkələrindən bir çox məşqçinin iştirak etdiyi təlimin əsas mövzusu uşaq futbolu olub. Məşqçimizə sertifikatı Braziliya futbolunun məşhur siması Roberto Karlos təqdim edib.

Həmin kateqoriyadan