- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 30-cu böyükhesablı məğlubiyyətini alıb.
Allsport.az xəbər verir ki, bu, Azərbaycan premyer liqasının XVII turunda qeydə alınıb.
“Qəbələ”ni qəbul edən Şamaxı təmsilçisi 0:4 hesabı ilə uduzub. Bu, komandanın evdə 9-cu, ümumilikdə 30-cu böyükhesablı yenilgisi kimi tarixə düşüb.
Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını daşımış klubun ilk belə məğlubiyyəti 1999/2000 mövsümündə qeydə alınıb. 1999-cu il noyabrın 13-də “Şəmkir”in qonağı olan komanda 6 cavabsız qol buraxıb.