- Baxış sayı: 41
- 05 Avqust 2026 23:23
- Baxış sayı: 160
- Avqust 05, 2026
- 0

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Allsport.az xəbər verir ki, “kimyaçılar” ötən mövsümü Serbiyanın “Tekstilaç” klubunda keçirmiş Nikola Ninkoviç ilə 1+1 illik müqavilə imzalayıb.
30 yaşlı hücumameyilli yarımmüdafiəçi “Sumqayıt”da “10” nömrəli formada çıxış edəcək.
Nikola Ninkoviç karyerası ərzində “Partizan” (Serbiya), “Kyevo”, “Empoli”, “Cenoa”, “Askoli”, “Breşiya” (hamısı İtaliya) kimi klublarda çıxış edib. O, Serbiya millisinin heyətində keçirdiyi 4 oyunda 1 qol ilə yadda qalıb.