“Simurq” Elnur Abdullayevlə anlaşdı

“Simurq” klubu əsas heyətə daha bir futbolçu cəlb edib. Allsport.az saytı xəbər verir ki, “sarı-qaralar” Elnur Abdullayevlə növbəti mövsümün sonuna qədər müqavilə imzalayıb. 28 yaşlı yarımmüdafiəçi Zaqatala təmsilçisinin heyətində “7” nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Elnurun son klubu “Xəzər Lənkəran” olub. 2010-cu ildən Lənkəranda çıxış edəntəcrübəli yarımmüdafiəçi, Premyer Liqada 162 matçda meydana çıxıb və 11 qol vurub. “Ağ-yaşıllar”dan qabaq futbolçu “Muğan”da forma geyinib.

 

Həmin kateqoriyadan