- Baxış sayı: 64
- 14 Aprel 2026 13:26
- Baxış sayı: 28
- May 01, 2026
- 0

Bu gün veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib.
Allsport.az xəbər verir ki, “Şüa” idman kompleksində təşkil olunan yarışda Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Tovuz və Gədəbəydən ümumilikdə 60-a yaxın usta idmançı bacarığını göstərir.
Budəfəki çempionatda kişilər 4, qadınlar 1 yaş qrupunda mübarizə aparırlar. İdmançılar həm, şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçıları müəyyənləşdirəcəklər.