- Baxış sayı: 25
- 17 İyun 2025 20:58
- Baxış sayı: 85
- İyun 17, 2025
- 0
“Sumqayıt” baş məşqçi Vaqif Cavadovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Allsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Kimyaçılar” 36 yaşlı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edərək gələcək karyerasında uğurlar arzulayıb.
Cavadov bundan sonra “Sumqayıt”ın komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Vaqif Cavadov bütün turnirlər daxil olmaqla “Sumqayıt”ı 28 oyuna çıxarıb (25 premyer liqa, 3 Azərbaycan Kuboku). Bu matçlarda komanda 7 qələbə, 6 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.