- Baxış sayı: 41
- 05 Avqust 2026 23:23
- Baxış sayı: 164
- Avqust 05, 2026
- 0

Növbəti mövsüm üçün heyət çalışmalarına start verən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb.
Allsport.az xəbər verir ki, “kimyaçılar” portuqaliyalı oyunçu Pedro Pinto ilə 1+1 illik müqavilə imzalayıb.
30 yaşlı müdafiəçi “Sumqayıt”ın heyətində 14 nömrəli formada çıxış edəcək.
Son klubu Anqolanın “Petro Luanda” olan Pedro Pinto karyerası ərzində Portuqaliyanın “Vitoria Setubal”, “Arouka” kimi klublarının da şərəfini qoruyub.