“Sumqayıt” yay hazırlığını Türkiyəyədə keçmək istəyir

“Sumqayıt” yay hazırlıq planlarını müəyyənləşdirməyə başlayıb. Allsport.az saytı xəbər verir ki, Samir Abasovun komandası yeni mövsümə hazırlıq üçün iyunun 22-də bir araya gələcək.

Təlim-məşq toplanışının ilk mərhələsi ölkə daxilində baş tutacaq. İkinci mərhələnin isə xarici ölkədə baş tutması ehtimalı var.

Belə ki, “kimyaçılar” böyük ehtimalla yenə Türkiyəyə yollanacaqlar. Komandanın qonşu ölkədə bir neçə yoxlama matçı keçirməsi gözlənilir.

Həmin kateqoriyadan