- Baxış sayı: 36
- 07 May 2026 15:00
- Baxış sayı: 122
- May 07, 2026
- 0

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Allsport.az xəbər verir ki, “kimyaçılar” son olaraq İsrailin “Bney Saxnin” klubunda çıxış etmiş Aleksandr Ramalinqom ilə 1+1 illik müqavilə imzalayıb. 32 yaşlı madaqaskarlı hücumçu “Sumqayıt”ın heyətində “9” nömrəli formada çıxış edəcək.
Ramalinqom Azərbaycanda daha öncə “Səbail”in də formasını geyinib. O, Madaqaskar millisinin heyətində 8 oyun keçirib.