“Sumqayıt”da yeni cinah hücumçusu

“Sumqayıt”da yeni cinah hücumçusu

Transfer işlərini davam etdirən “Sumqayıt” növbəti addımını atıb.

Allsport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi son olaraq Fransanın “Qrenobl” klubunda çıxış etmiş Mamadi Banqre ilə müqavilə imzalayıb.

25 yaşlı hücumameyilli futbolçu ilə “1+2” il şərtilə razılıq “əldə olunub. Təcrübəli cinah hücumçusu yeni komandasında “11” nömrəli formanı geyinəcək.

“Tuluza” akademiyasının yetirməsi olan Banqre karyerası ərzində “Trua” və “Pau”nun da şərəfini qoruyub. Oyunçu Burkina Faso milli komandası ilə 9 rəsmi qarşılaşmaya çıxıb.

Həmin kateqoriyadan