“Sumqayıt”ın məşqçiləri “Altınordu”nun düşərgəsində təcrübə keçəcək

“Sumqayıt” futbol akademiyasının məşqçiləri təcrübə keçmək məqsədi ilə Türkiyəyə yola düşəcək. Allsport.az saytı xəbər verir ki, məşqçiləri 7-10 dekabr tarixlərində qardaş ölkənin əsas futbol akademiyalarından hesab olunan İzmirin “Altınordu” klubunun düşərgəsində olacaq.

Səfərin təşkilində əsas məqsəd məşqçilərin təcrübə toplaması, adıçəkilən akademiyanın ümumi iş sistemi ilə tanışılıq, aşağı yaş komandalarındakı struktur, nəzəri və taktiki biliklərin artırılmasından ibarət olacaq.

“Sumqayıt”ın məşqçiləri Türkiyədə olduğu müddətdə “Altınordu” klubunun akademiya direktoru ilə görüşəcək, aşağı yaş qruplarının məşqlərini və oyunlarını izləyəcək.

Həmin kateqoriyadan