Təbrizdən müjdə! “Qırmızı qurdlar” növbəti qələbə ilə zirvədə yerini qorudu

İran premyer-liqasında 6-cı turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, dünya Azərbaycanlılarının sevimlisi “Traktor” evdə “Fars Cənubi Cəm”i 1:0 yenib.

Təbrizin digər klubu “Maşinsazi” səfərdə “Nassaji Mazandaran”la qolsuz heç-heçə edib.

“Qırmızı qurdlar” 14 xalla zirvəyə şərik olmaqla yanaşı, naməğlub və top buraxmayan 2 komandadan biridir. “Maşinsazi” 7 xalla 10-cu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan