- Baxış sayı: 3
- 20 Sentyabr 2026 13:22
- Baxış sayı: 169
- Sentyabr 17, 2026
- 0

“Araz-Naxçıvan” klubu “İmişli” ilə yoxlama oyununda 2:2 edib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra “al qurdlar”ın yeni baş məşqçisi Cavid Hüseynov açıqlama verib:
“Hər hissədə fərqli heyətlə oynadıq. Hazırlığa gec başladığımıza görə, hələ fiziki yükləmələr istiqamətində oyunlar keçiririk. Həm də hava çox isti olduğuna görə, xüsusilə birinci hissədə meydana çıxan futbolçular daha çox zəhmət çəkdilər.
Taktiki planda üzərində işləməli olduğumuz məqamlar çoxdur. Bu qarşılaşmalar da əsasən ona hesablanıb. Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq”.